Loewe bild i | İstifadəçi təlimatı
Məsafədən idarəetmə pultunun sxemi
Məsafədən idarəetmə pultunun sxemi
İstifadə rejimindən (TV / video / audio / foto / tətbiqlər) və funksiyadan (məsələn, EPG, Teletext, HbbTV və s.), asılı olaraq düymələrin təyinatı burada təsvir
ediləndən fərqlənə bilər.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
Qeyd: Proqram təminatı və ya cihazın versiyasından asılı olaraq düymənin təyinatı fərqli ola bilər.
94
1 Mikrofon
2 Səsi söndür/aktivləşdir.
16
3 TV rejimi.
17
4 Səs köməkçisini aktivləşdirmək üçün sıxıb saxlayın.
5 EPG-ni (Elektron Proqram Bələdçisi) söndür/aktivləşdir.
6 Düyməni sıxıb buraxın: Medianı yayımla / fasilə ver və Taymşift rejimində yayıma başla/fasilə ver/
davam et. Düyməni sıxıb saxlayın: İşıqlı media idarəetmə düymələrini göstər.
18
7 Mənbələr menyusu.
8 Hazırki menyudan / proqramdan çıx
9 Səs gurluğunu yüksəlt.
19
10 İşıq aktiv olmadıqda: Kanalların siyahısı.
İşıq aktiv olduqda: Medianı yayımla / fasilə ver və Taymşift rejimində yayıma başla/fasilə ver/davam et.
Menyuda: OK düyməsi (seçimi təsdiq et).
20
11 İşıq aktiv olmadıqda: Menyuda sola keçin və ya Taymşift rejimində yayıma başla/fasilə ver/davam et.
21
İşıq aktiv olduqda: Geriyə keçid.
22
12 İşıq aktiv olmadıqda: Menyuda aşağı düşün və ya Axtar menyusunu açın.
İşıq aktiv olduqda: Taymşift rejimini dayandırın/sonlandırın (canlı təsvirə qayıt)
23
13 Səs gurluğunu azalt.
24
14 Rəngli düymələr – müvafiq funksiyaları yerinə yetirir
25
15 Sorğu əsasında mediaya və videoya giriş.
16 Televizoru işə salır və ya gözləmə rejiminə keçirir.
26
Televizor işlək vəziyyətdə olarkən düyməni sıxıb buraxın: televizor, həmçinin HDMI portlarına
qoşulmuş və CEC dəstəyinə malik bütün cihazlar gözləmə rejiminə keçiriləcək (Sistemin gözləmə
rejimi).
17 Cihaz düyməsi. Bu düymə Loewe pultu ilə digər cihazları idarə etməyə imkan verir.
18 Rəqəmli düymələrlə kanalları birbaşa seçin.
19 Teletexti / MediaTexti söndür/aktivləşdir.
20 Sıxıb buraxın: Sistem kökləmələri.
Sıxıb saxlayın: "Bluetooth" vasitəsilə məsafədən idarəetmə pultunu televizorla əlaqələndirir.
21 Əsas menyu.
22 Menyuda geri addım / keçid. Televizora baxarkən daha əvvəl baxdığınız kanala keçin.
23 Növbəti kanal.
24 İşıq aktiv olmadıqda: Menyuda yuxarı hərəkət edin.
Televizora baxarkən, yayım haqqında ətraflı məlumat əldə etmək üçün sıxın.
İşıq aktiv olduqda: Yazı menyusu.
25 İşıq aktiv olmadıqda: Menyuda sağa keçin və ya Taymşift rejiminə fasilə verin və Taymşift
idarəetməsini açın.
İşıq aktiv olduqda: İrəli keçid.
26 Əvvəlki kanal.