GP M451 Manual De Instrucciones página 3

Tabla de contenido

Publicidad

Idiomas disponibles
  • ES

Idiomas disponibles

  • ESPAÑOL, página 9
Xüsusiyyətlər
• 1–4 ədəd AA / AAA batareyanın 4 LED göstəricisi ilə ayrı ayrı doldurulması
• Avtomatik güc kəsilmə: neqativ delta V, təhlükəsizlik taymeri və temperatur kəsilmə
qorunmaları
• USB güc girişi (5V / 1A)
• AA 2100 mAh / AAA 850 mAh batareyaları üçün təqribi doldurma müddəti: 2–4 saat
• Axma doldurma tərzi
• (i) birbaşa USB doldurucu birləşmə və ya (ii) GP 4-yerli yaxud 8-yerli doldurma stansiyaları
(bu komplektə daxil edilməyib) vasitəsilə qoşa doldurma.
Doldurma təlimatları
İstifadədən öncə, təlimat kitabçasını tam olaraq oxuyun. Təlimat kitabçasını gələcəkdə
istinad etmək üçün saxlayın.
1. 1–4 ədəd NiMH batareyanı, batareya qütbünə görə (Şəkil 1) batareya doldurucusuna taxın.
2. Kabelin micro USB ucunu batareya doldurucusunun micro USB portuna bağlayın (Şəkil 2a).
3. USB kabelinin digər ucunu smartfonun şəbəkə doldurucusuna (Şək. 2b) və ya kompüterdə,
enerji bankında yaxud avtomobil üçün doldurucu cihazda oxşar USB portuna birləşdirin.
Doldurma başlayacaq və LED indikatorları batareyaların vəziyyətini göstərəcək (Şək. 3).
Batareyalar doldurulduqda, LED indikatorları yaşıl yanıb sönəcək. Xarab və ya tək istifadəlik
batareyalar olduqda, LED indikatorları sürətlə qırmızı yanıb sönəcək.
4. Batareyalar tam dolduqları zaman (davamlı yaşıl LED), batareyaları çıxarın və batareya
doldurucusunu elektrik prizdən ayırın.
5. Doldurma cihazı vasitəsi ilə doldurmaq üçün, lütfən əlaqəli GP NiMH USB LCD doldurma
cihazlarının təlimat kitabçasına müraciət edin.
Ən yüksək keyfiyyət və təhlükəsizlik üçün, həmişə GP NiMH batareyalarından istifadə
edin.
İstifadə məsləhətləri
• Doldurma zamanı batareyaların qızması normaldır və tam olaraq dolduqdan sonra tədricən
otaq temperaturuna qədər soğuyacaqlar.
• Elektrik cihaz uzun müddət istifadə olmayacaqsa batareyaları cihazdan çıxarın.
• Batareya saxlanma temperaturası: -25 ~ +60°C
• Doldurma əməliyyatı temperaturası: 0 ~ +35°C
Təhlükəsizlik məlumatları
• Bu doldurucu cihaz yalnız NiMH batareyalarının doldurulması üçün hazırlanmışdır. Başqa
batareyaların doldurulması partlayışıa, batareyanın deşilməsinə və ya sızmasına, fiziki
xəsarətə və ya əmlakın zədələnməsinə səbəb ola bilər.
• Bu doldurucu cihaz yalnız qapalı məkanda istifadə edilmək üçün hazırlanmışdır. Doldurucu
cihazı yağış, qar və ya birbaşa günəş işığının təsirlərinə məruz qoymayn.
• Doldurucu cihazdan rütubətli şəraitdə istifadə etməyin.
• Doldurucu cihazdan 0 ~ +35°C temperatur diapazonunda istifadə edildiyinə əmin olun.
• Xəsarət riskini azaltmaq üçün GP NiMH batareyalarından istifadə edilməsi tövsiyə edilir.
• Təkrar doldurulmayan LiFePO4, NiCD və ya Li-ion batareyalarından istifadə etməyin.
• Ştekeri zədələnmiş doldurucudan istifadə etməyin.
• Yerə düşmüş və ya zədələnmiş doldurucudan istifadə etməyin. Doldurucu cihazı açmayın/
sökməyin.
• Bu doldurucu cihaz texniki qulluq tələb etmir, lakin müntəzəm olaraq quru və yumşaq parça
ilə silinməlidir. Abraziv materialdan və ya həlledicilərdən istifadə etməyin. Təmizləməzdən
əvvəl doldurucu cihazı birləşdirildiyi yerdən ayırın.
• Cihazdan təhlükəsiz istifadəyə dair müvafiq nəzarət və təlimatlandırma həyata keçirildiyi
və aidiyyatı təhlükələr dərk edildiyi halda bu cihaz 8 yaşlı və daha böyük uşaqlar, habelə
məhud fiziki, hissiyyat və ya əqli qabiliyyətə malik yaxud müvafiq təcrübəsi və ya biliyi
olmayan şəxslər tərəfindən istifadə edilə bilər. Uşaqlar cihazla oynamamalıdır. Nəzarət
olmadan təmizləmə və ya texniki qulluq uşaqlar tərəfindən yerinə yetirilə bilməz
Bu cihaz FCC Qaydalarının 15-ci Hissəsinin tələblərinə uyğundur. İstismar üçün aşağıdakı
iki şərt gözlənilməlidir: (1) bu cihaz zərərli maneələrə səbəb ola bilməz və 2) bu cihaz daxil
olmuş hər hansı maneəni, o cümlədən arzuedilməz istismara səbəb ola bilən maneələri qəbul
etməlidir.
Elektrik cihazlarını çeşidlənməmiş məişət tullantısı kimi atmayın, ayrıca toplama
nöqtələrindən istifadə edin. Mövcud toplama sistemləri ilə bağlı məlumat üçün yerli
hökümət orqanları ilə əlaqə saxlayın. Əgər elektrik cihazları zibilxanalara və ya tullantı
poliqonlarına atılarsa, təhlükəli maddələr qrunt sularına sıza bilər və ərzaq zəncirinə
daxil olaraq, sağlamlığınızı və rəfahınızı zədələyə bilər.
AZ

Publicidad

Tabla de contenido
loading

Tabla de contenido