Doldurma təlimatları
1. GP PowerBank qurğusunu birbaşa enerji mənbəyinə qoşun. Heç vaxt uzadıcı
kabellərdən istifadə etməyin.
2. Yalnız GP NiMH (Nikel Metal Hidrit) batareyalarını GP PowerBank qurğusunda
doldurun. Həm AA, həm də AAA ölçülü batareyalar eyni anda doldurula bilər.
3. GP NiMH batareyalarını GP PowerBank qurğusuna daxil etmə polyarlığına (qütblərinə)
uyğun yerləşdirin. Batareyaları qütbləri əks şəkildə olmaqla yerləşdirməyin.
4. Doldurma zamanı qırmızı Led (işıqsaçan diod) göstəricisi yanır. Doldurma qurğusu
söndürüldükdə və ya batareyalar çıxarıldıqda isə göstərici sönəcəkdir.
Vacibdir
1. GP PowerBank yalnız qapalı məkanlarda istifadə üçün
nəzərdə tutulmuşdur. Qurğunu yağış və qardan qoruyun.
2. Yalnız NiMH növlü akkumulyator batareyalarını doldurun.
Digər növ batareyalar partlaya və insanlara xəsarət yetirə
bilər.
3. Elektrik qurğuda eyni anda müxtəlif növlü batareyaları
(məsələn, NiMH, qələvi batareyalar) doldurmayın.
4. Əgər elektrik qurğu uzun müddət istifadə edilməyəcəksə,
batareyaları çıxardın.
5. Batareyaları yandırmaq, hissələrinə ayırmaq olmaz.
Batareyaları qısa qapanmadan qoruyun.
6. Əgər batareyal a rın effekti v l i y i əhəmi y yətl i dərəcədə azal ı bsa,
onları dəyişdirmək lazımdır.
7. Birbaşa enerji mənbəyinə qoşulan qurğu şaquli şəkildə və
ya döşəməyə quraşdırıla bilər.
8. Doldurma temperaturu: 0~40°C; Batareyanın saxlanma
temperaturu: -20~35°C.
9. Bu qurğu azyaşlı uşaqların və ya fiziki və əqli cəhətdən zəif
şəxslərin istifadəsi üçün nəzərdə tutulmamışdır (cavabdeh
şəxsi n müvafi q nəzarəti al t ında onl a rın bu qurğudan təhl ü kəsi z
şəkildə istifadə edə biləcəkləri hal istisna olmaqla). Azyaşlı
uşaqların qurğu ilə oynamasına yol vermək olmaz.
Adi GP NiMH akkumulyator batareyalarını doldurmaq üçün
1. Batareyaların effektivliyini maksimum səviyyəyə çatdırmaq üçün yeni batareyaların
2-3 dəfə doldurulub-boşaldılması vacibdir.
2. Əgər batareyalar bir həftədən çox istifadəsiz qalıbsa, onları istifadə etməzdən əvvəl doldurun.
Yeni nəsil NiMH akkumulyator batareyalarını doldurmaq
üçün (GP ReCyko + və ya GP EkoPower batareyaları)
1. GP ReCyko + batareyaları əvvəlcədən doldurulmuş olur. İlkin istifadədən əvvəl onları
doldurmağa ehtiyac yoxdur. Əgər batareyalar qurğularınızı hərəkətə gətirmirsə,
zəhmət olmasa, onları doldurun.
2. GP ReCyko + və GP EkoPower batareyalarının effektivliyi saxlama qabiliyyəti yaxşıdır.
Doldurma başa çatdıqdan sonra batareyaları çıxardın və doldurma qurğusunu
söndürün. Batareyaları uzun müddət doldurma qurğusunda saxlamayın. Əgər
doldurma qurğusundan istifadə etmirsinizsə, onu söndürün.
Bu qurğu FƏK (Federal Əlaqələr Komissiyası) qaydalarının 15-ci Hissəsinə uyğundur. Əməliyyat iki
şərtlə məhdudlaşır: 1) bu qurğu zərərli qarşılıqlı təsirə səbəb olmamalıdır, və 2) bu qurğu arzuedilməz
əməliyyata səbəb ola biləcək qarşılıqlı təsir daxil olmaqla istənilən qarşılıqlı təsiri qəbul etməlidir.
Elektrik qurğularını çeşidlənməmiş şəhər tullantıları kimi atmayın, ayrıca toplama vasitələrindən
istifadə edin. Mövcud zibil toplama sistemləri haqqında məlumat almaq üçün yerli hökumətə
müraciət edin. Əgər elektrik qurğuları zibilliyə atılıbsa, təhlükəli maddələr yeraltı sulara qarışa
və qida zəncirinə daxil olmaqla sağlamlığınız üçün təhlükə yarada bilər.
AZ
EkoPower