Doldurma və batareya statusu
Doldurma
Bu Philips Sonicare diş fırçası tam doldurulmuş batareya
ilə hər sessiya 2 dəqiqə davam edən ən azı 28 fırçalama
sessiyası təmin etmək üçün nəzərdə tutulmuşdur (gündə
iki dəfə istifadə edildikdə 14 gün). Batareya səviyyəsinin
göstəricisi siz 2 dəqiqəlik fırçalama sessiyasını
tamamladığınız, tutacağı dayandırdığınız zaman və ya
şarj edilərkən batareyanın statusunu göstərir.
Qeyd: Batareyanın ilk dəfə tam şarj olunması 24 saata
qədər davam edə bilər, lakin Philips Sonicare diş fırçasını
tam şarj etmədən də istifadə edə bilərsiniz.
Doldurma bazasında doldurma
1 Doldurma bazasının kabelini elektrik rozetkasına
taxın.
2 Doldurma stendini və ya doldurma stəkanını
doldurma bazasına qoyun.
3 Tutacağı doldurma stendinə və ya doldurma
stəkanına qoyun.
-
Batareya göstəricisinin işığı yanır və tutacaq iki
dəfə siqnal verir. Bu, diş fırçasının şarj olunduğunu
göstərir.
4 Doldurma cihazı diş fırçanız tam dolana qədər onu
dolduracaq.
Batareya göstəricisi yanıb-söndükdə tutacaq dolur.
Tutacaq tam dolduqda batareya göstəricisi 30 saniyə
ərzində yanır, sonra isə sönür.
Şarj edilmə xüsusiyyəti ilə təchiz olunmuş portativ
qab
Qeyd: Qutuya daxil edilmiş aksesuarlar satın alınmış
modelə görə fərqlənə bilər.
1 Doldurma funksiyalı portativ qabın aşağısındakı USB
kabelini götürün.
2 Doldurma funksiyalı portativ qabı USB kabeli vasitəsilə
aşağıdakılardan biri ola biləcək 5V sabit cərəyana
malik enerji mənbəyinə qoşun:
Azərbaycanca
41