GP ReCyko Pro P461 Manual De Instrucciones página 3

Tabla de contenido

Publicidad

Idiomas disponibles
  • ES

Idiomas disponibles

  • ESPAÑOL, página 9
Xüsusiyyətlər
1–4 ədəd AA / AAA batareyanın 4 LED göstəricisi ilə sürətli doldurulması
Avtomatik güc kəsilmə: neqativ delta V, təhlükəsizlik taymeri və temperatur kəsilmə qorunmaları
USB güc girişi (5V / 2.0A)
AA 2100 mAh / AAA 850 mAh batareyaları üçün təqribi doldurma müddəti: 1.3–2.6 saat
Axma doldurma tərzi
Batareya tutumu yoxlama funksiyası
(i) Birbaşa USB doldurma bağlantısı və ya (ii) GP 4-yarıqlı (D451 & D461) və ya 8-yarıqlı (D851 &
D861) doldurma cihazları vasitəsi ilə qoşa doldurma
Doldurma təlimatları
İstifadədən öncə, təlimat kitabçasını tam olaraq oxuyun. Təlimat kitabçasını gələcəkdə istinad etmək
üçün saxlayın.
1. Kabelin micro USB ucunu batareya doldurucusunun micro USB portuna bağlayın (Şəkil 1a).
2. USB kabelin digər ucunu 5V / 2A divar şarj cihazına (Şəkil 1b) və ya bənzər bir USB portuna enerji
bankında və ya USB avtomobil şarj cihazına qoşun (Optimum işləmək üçün 5V / 2A GP USB kabeli və
divar şarj cihazından istifadə edin).
3. 1–4 ədəd NiMH batareyanı, batareya qütbünə görə (Şəkil 2) batareya doldurucusuna taxın.
Doldurma başlanacaq və LED göstəriciləri batareyaların doldurulma vəziyyətini göstərəcəklər (Şəkil 1
və Cədvəl 3).
Batareyalar doldurulduğu zaman LED göstəricilər yaşıl rəngdə yanıb sönəcəklər.
Birdəfəlik batareyalar üçün LED göstəricilər sürətlə qırmızı rəngdə yanıb sönəcəklər. Bu batareyaları
şarj cihazından çıxarın.
4. Batareyanın gücünü yoxlamaq üçün yuvarlaq düyməni basıb saxlayın (Şəkil 4 və Cədvəl 1).
5. Doldurma cihazı vasitəsi ilə doldurmaq üçün, lütfən əlaqəli LCD ekranlı GP 4-yarıqlı (D451 & D461) /
8-yarıqlı (D851 & D861) NiMH USB doldurma cihazlarının təlimat kitabçasına müraciət edin.
Ən yüksək keyfiyyət və təhlükəsizlik üçün, həmişə GP NiMH batareyalarından istifadə edin.
İstifadə məsləhətləri
Doldurma zamanı batareyaların qızması normaldır və tam olaraq dolduqdan sonra tədricən otaq
temperaturuna qədər soğuyacaqlar.
Elektrik cihaz uzun müddət istifadə olmayacaqsa batareyaları cihazdan çıxarın.
Batareya saxlanma temperaturası: -25 ~ +60°C
Doldurma əməliyyatı temperaturası: 0 ~ +35°C
2 batareyanı sürətli doldurduqda, soyumaq və çox isinməkdən çəkinmək məqsədilə boşluq buraxmaq
üçün onları 1 & 3 mövqelərə (yaxud 2 & 4) yerləşdirin (Şəkil 5).
Təhlükəsizlik məlumatları
Bu doldurucu cihaz yalnız NiMH batareyalarının doldurulması üçün hazırlanmışdır. Başqa batar-
eyaların doldurulması partlayışıa, batareyanın deşilməsinə və ya sızmasına, fiziki xəsarətə və ya
əmlakın zədələnməsinə səbəb ola bilər.
Bu doldurucu cihaz yalnız qapalı məkanda istifadə edilmək üçün hazırlanmışdır. Doldurucu cihazı
yağış, qar və ya birbaşa günəş işığının təsirlərinə məruz qoymayn.
Doldurucu cihazdan rütubətli şəraitdə istifadə etməyin.
Doldurucu cihazdan 0 ~ +35°C temperatur diapazonunda istifadə edildiyinə əmin olun.
Təkrar doldurulmayan LiFePO4, NiCD və ya Li-ion batareyalarından istifadə etməyin.
Batareyalar tam dolduqları zaman, batareyaları çıxarın və batareya doldurucusunu elektrik prizdən
ayırın.
Fiş zədələnibsə şarj cihazını istifadə etməyin.
Yerə düşmüş və ya zədələnmiş doldurucudan istifadə etməyin. Doldurucu cihazı açmayın/sökməyin.
Batareya qolu xarab olduqda onu şarj cihazında istifadə etməyin.
Xarici qolu heç vaxt batareyalardan çıxarmayın.
Zəhmət olmasa, şarj cihazını yaxşı havalandırılan yerdə istifadə edin və qızdırıcının qarşısını almaq
üçün şarj cihazını örtən başqa əşyaların olmamasına əmin olun. Şarj edərkən birdən çox şarj cihazını
yığmayın.
Bu doldurucu cihaz texniki qulluq tələb etmir, lakin müntəzəm olaraq quru və yumşaq parça ilə
silinməlidir. Abraziv materialdan və ya həlledicilərdən istifadə etməyin. Təmizləməzdən əvvəl doldurucu
cihazı birləşdirildiyi yerdən ayırın.
Cihazdan təhlükəsiz istifadəyə dair müvafiq nəzarət və təlimatlandırma həyata keçirildiyi və aidiyyatı
təhlükələr dərk edildiyi halda bu cihaz 8 yaşlı və daha böyük uşaqlar, habelə məhud fiziki, hissiyyat
və ya əqli qabiliyyətə malik yaxud müvafiq təcrübəsi və ya biliyi olmayan şəxslər tərəfindən istifadə
edilə bilər. Uşaqlar cihazla oynamamalıdır. Nəzarət olmadan təmizləmə və ya texniki qulluq uşaqlar
tərəfindən yerinə yetirilə bilməz
Bu cihaz FCC Qaydalarının 15-ci Hissəsinin tələblərinə uyğundur. İstismar üçün aşağıdakı iki şərt gö-
zlənilməlidir: (1) bu cihaz zərərli maneələrə səbəb ola bilməz və (2) bu cihaz daxil olmuş hər hansı maneəni,
o cümlədən arzuedilməz istismara səbəb ola bilən maneələri qəbul etməlidir.
Elektrik cihazlarını çeşidlənməmiş məişət tullantısı kimi atmayın, ayrıca toplama nöqtələrindən
istifadə edin. Mövcud toplama sistemləri ilə bağlı məlumat üçün yerli hökümət orqanları ilə əlaqə
saxlayın. Əgər elektrik cihazları zibilxanalara və ya tullantı poliqonlarına atılarsa, təhlükəli mad-
dələr qrunt sularına sıza bilər və ərzaq zəncirinə daxil olaraq, sağlamlığınızı və rəfahınızı zədələyə
bilər.
AZ

Publicidad

Tabla de contenido
loading

Tabla de contenido