Descargar Imprimir esta página

Philips sonicare HX3601/01 Manual De Instrucciones página 36

Publicidad

Idiomas disponibles
  • ES

Idiomas disponibles

  • ESPAÑOL, página 102
36
Azərbaycanca
Qeyd: Daxili keçid bağlantılarını ayırmaq üçün
tutacağın sonuna bir neçə dəfə vurmalı ola bilərsiniz.
4 Sonluqdakı qapağı diş fırçasının tutacağından çıxarın.
Sonluqdakı qapaq yuvadan asanlıqla çıxmasa, çıxana
qədər 3-cü addımı təkrarlayın.
5 Tutacağı tərsinə tutaraq dəstəyi sərt bir səthdə
aşağıya doğru basın. Daxili komponentlər yuvadan
asanlıqla çıxmasa, onlar çıxana qədər 3-cü addımı
təkrarlayın.
6 Vintaçanı batareya və daxili komponentlərin altındakı
çərçivənin arasına qoyun. Sonra isə çərçivənin alt
tərəfini ayırmaq üçün vintaçanı batareyadan
uzaqlaşdırın.
7 Batareyanı çap dövrə lövhəsinə birləşdirən metal
paneli ayırmaq üçün vintaçanı batareyanın alt hissəsi
ilə çərçivənin arasına qoyun. Bu, batareyanın aşağı
sonluğunu çərçivədən ayıracaq.
8 Batareyanı tutun və ikinci metal batareya panelini
ayırmaq üçün onu daxili komponentlərdən
uzaqlaşdırın.
Diqqət: Barmaqlarınıza xəsarət yetirməmək üçün
batareya panellərinin iti kənarlarına diqqət yetirin.
9 Batareyanın qalıq doldurulmasının qarşısını almaq
üçün batareya kontaktlarını lent ilə örtün.

Publicidad

loading