Tövsiyyələr
az
saxlanma və istismar
asixron mühərriklər
Bu sənəd istismar və quraşdırma təlimatının əlavəsidir (istinad 4850). Mühərrik dəyişən
dövrlərdə istismar olunduğu hallarda variatorlu mühərriklər üçün təlimata nəzər yetirin
(istinad 5626).
• UYĞUNLUQ
- MÜHƏRRİKLƏR Avropanın EN/CEI 60034-1 və aşağı gərginliklər üçün 2014/35/
EU normalarına uyğöundur və müvafiq olaraq CE (elektromaqnit uyğunluq) nişanı ilə
markalanmışdır.
• QƏBUL ETMƏ
- Mühərrikin vəziyyətini yoxlayın. Mühərrikdə və ya qablaşdırmada zədələnmə aşkar edildikdə
bunu dərhal daşıyıcıya bildirin (əks təqdirdə, nasazlığın aradan qaldırılması zəmanətə daxil
edilmir).
- Mühərrikin verilmiş sifarişə uyğunluğunu yoxlayın (quruluşu, pasport göstəriciləri).
• Saxlama
- Mühərriki zədələnmə, vibrasiya və kəskin temperatur dəyişməsi riski olmayan quru, qapalı,
rütubətin 90%-dən az olduğu yerdə saxlayın.
- Rotorun (diyircəkli yastıqların) bloklama mexanizmini çıxarmayın.
- 6 aydan daha uzun müddətə saxlama zamanı istehsalçı ilə məsləhətləşin.
• MONTAJDAN ƏVVƏL
- Sarğıların izolyasını və diyircəkli yastıqların normal işləməsini yoxlayın.
- Toplanmış kondensatı kənarlaşdırın.
- Mühərriki quraşdırmazdan əvvəl, istismar dövründə nəzərdə tutulmuş iş şəraitinə
uyğunluğunu yoxlayın.
• MEXANİKİ QURAŞDIRILMA
- Quraşdırma işləri müvafiq ixtisaslı peşəkarlar tərəfindən həyata keçirilməlidir.
- Mühərrik sifarişdə göstərilmiş mühitdə (temperatur, nisbi rütubət, yüksəklik) quraşdırılmalıdır.
- Mühərrikin qaldırılması: əgər mühərrik qaldırma qulaqcığı ilə təmin edilibsə ondan yalnız
mühərrikin qaldırılması üçün istifadə edin. (Mühərriki çevirmək qadağan edilir).
- Mühərrik sifarişdə nəzərdə tutulmuş formada, deformasiya və vibrasiyanın qarşısını almaq
üçün hamar və sərt müstəvidə yerləşdirilməlidir.
- Vintlərin və bərkidici hissələrin uyğunluğuna diqqət edin. Qaykaların diametri fiksasiya
dəliklərinə uyğun olmalıdır.
- Mühərrik və ona qoşulan avadanlıqların tarazlığına diqqət edin.
- Mühərrikə mexaniki hissələrin və qasnaqların yığılması zamanı onların düz xətt üzrə
yerləşməsinə və quraşdırılma normalarına riayət edin.
- Montaj zamanı rotoru və qoşulan detalları zədələməyin, araqatların kipliyini pozmayın,
rotorun oturacağına toxunmayın.
- Mühərrikin normal soyumasına diqqət yetirin. Hava giriş və çıxışları açıq olmalıdır.
- Mühərrikin rotoruna düşən yükün (xüsusən də intiqal qayışına düşən ağırlığın) bizim
kataloqralımızda göstərilmiş normadan yuxarı olmamasına diqqət yetirin.
- Kondensatın xaric edilməsi üçün nəzərdə tutulmuş dəliklər mühərrikin alt hissəsində
yerləşdirilməlidir. Mühərrik yalnız sifarişdə göstərilmiş formada montaj edilməlidir. Mühərrikin
mühafizəsi təhlükə altında qalmayacağı təqdirdə kondensat xaric edilən dəliklər ləğv edilə bilər.
- Qorunma tələb edən mühərriklər (IP 23 sinfi) qapalı şəraitdə quraşdırılmalıdır.
• CƏRƏYAN ŞƏBƏKƏSİNƏ QOŞULMA
- Naqillərin yüksək gərginlikli şəbəkəyə qoşulması cərəyan olmadığı vaxt mütəxəssis
tərəfindən aparılmalıdır.
- Mühafizə sistemləri və qidalandırıcı naqillər pasportda göstərilən tələblərə cavab verməlidir
(mühərrik işə düşərkən şəbəkədə gərginliyin azalması 3%-dən çox olmamalıdır).
56
1889 lg - 2019.03 / w