- Qaykalar aşağıdakı cədvəldə göstərilmiş güclə (Nyuton metr) sıxılmalıdır:
Yiv tipi
M4
Polad
1
Latun
1
• Qidalandırma naqillərinin başlıqları və mühərrikin bərkitmə hissələrinin arasına şayba qoymayın.
- Başlıqları olmayan naqillərdən istifadə zamanı xamut istifadə edin.
- Termik mühafizə və digər avadanlıqları birləşdirin.
- Naqil ucluqlarının kipliyini yoxlayın:
ucluq mütləq naqilin diametrinə uyğun seçilməlidir.
• Giriş qutusuna gəririlərkən naqil elə əyilməlidir ki, qutuya su girməsin.
- Qütblərin birləşdirilməsini mühərrikin gövdəsində göstərilmiş formada
həyata keçirin, rotorun fırlanma istiqamətini yoxlayın.
- Yerlə birləşdirmə: Bu proses ölkədəki mövcud qanunvericiliyə uyğun
həyata keçirilməlidir.
- Qoşulma sxemi ilə bağlı hər hansı şübhəniz olduğu təqdirdə və ya bu sxem olmadıqda
quraşdırmanı dayandırın və bizimlə əlaqə saxlayın.
- Mühərriki quraşdıran şəxs onun istifadə edildiyi ölkədə elektromaqnit uyğunluq (CE)
normalarına görə məsuliyyət daşıyır.
• İŞƏSALMA
- Mühərrik onun gövdəsində göstərilmiş tezliklə fırlanması üçün nəzərdə tutulmuşdur
(maksimum dövrlər sayını aşmağa icazə verilmir).
- Mühərrikin gövdəsində göstərilmiş gərginlik və cərəyan tezliyi rejiminə əməl edin (gərginlikdə
yolverilən kənaraçıxma ən çoxu ±5%, tezlikdə isə ±1% olmalıdır).
- Bəzi tətbiqlər üçün xüsusi kostruksiyaların olması zəruridir.
S3 və S4 tipli olmayan mühərriklərdən yükqaldırmada istifadə etməyin.
Mühərriki pasportda göstəriləndən fərqli işlərdə, xüsusilə də yükqaldırmada istifadə etməyin.
- 3 Faza ararası gərginlik fərqi 2%-dən çox olmamalıdır.
• CARİ TEXNİKİ QULLUQ
- Vaxtaşırı olaraq mexaniki və elektrik birləşmələrinin kipliyini yoxlayın.
- Yastıqların konsistent yağla yağlanması intervalını bilmək üçün istismar təlimatına baxın.
Yağlanma tələb etməyən yastıqlar istifadə edildikdə təlimatda müvafiq məlumat yer almır.
• SƏS SƏVİYYƏSİ
- Mühərrik beynəlxalq EN 60034-9 normalarına uyğundur.
• UTİLİZASİYA
- İstismar müdəti başa çatan mühərrik bərk tullantıların emalı üzrə ixtisaslaşmış müəssisəyə
təhvil verilməlidir.
- Asinxron üçfazlı mühərriklərin detallarının utilizasiyası üçün xüsusi qaydalar tələb olunmur.
QEYD: Bütün qeyd, təlimat və təsvirlər standart komplektasiyalı mühərriklər üçündür.
Burada müxtəlif modifikasiyalar və xüsusi adaptasiya olunmuş modellər nəzərdə
tutulmayıb.
Təlimata əməl edilməməsi mühərrikin vaxtından əvvəl sıradan çıxması və istehsalçı
tərəfindən verilmiş zəmanətin qüvvədən düşməsinə səbəb olur.
1889 lg - 2019.03 / w
M5
M6
2,5
4
2
3
M8
M10
10
20
6
12
M12
M14
35
50
20
-
az
M16
65
50
57