Descargar Imprimir esta página

Philips Sonicare ProtectiveClean 4100 Serie Manual De Instrucciones página 38

Ocultar thumbs Ver también para Sonicare ProtectiveClean 4100 Serie:

Publicidad

Idiomas disponibles
  • ES

Idiomas disponibles

  • ESPAÑOL, página 131
38
Azərbaycanca
Aşaöıdakı hallarda dezinfeksiyaedicini elektrik
şəbəkəsindən ayırın, istifadəni dayandırın və Müştəri
Xidmətinə zəng edin:
-
Qapı açıq olduqda UB lampa yanılı qalır.
-
Pəncərə sınıb və ya dezinfeksiyaedicidə yoxdur.
-
Dezinfeksiyaedici işləyərkən tüstü və ya yanıq qoxusu
yayır.
Qeyd: UB lampa şüaları insan gözünə və dərisinə zərər
verə bilər. Bu cihaz hər zaman uşaqların əli çatmayan
yerdə saxlanılmalıdır.
1 Fırçaladıqdan sonra fırça başlığını yaxalayın və artıq
suyu silkələyin.
Xəbərdarlıq: Fırça başlığı dezinfeksiyaedicidə
təmizlənərkən fırça başlığının qapağının
fırçanın başında olmadığından əmin olun.
2 Barmağınızı dezinfeksiyaedici vasitənin üzərindəki
qapı başlığına qoyun və qapını çəkib açın.
3 Fırça başlığını dezinfeksiyaedici vasitənin 2 dirəyindən
birinə, tükcükləri lampaya baxacaq şəkildə yerləşdirin.
Qeyd: Yalnız üzərinə Philips Sonicare yapışdırılmış fırça
başlıqlarını dezinfeksiyaedici vasitədə təmizləyin.
Qeyd: Üzərinə Philips Sonicare for Kids yapışdırılmış
fırça başlıqlarını dezinfeksiyaedicidə təmizləməyin.
4 Dezinfeksiyaedici vasitənin müvafiq gərginlikli elektrik
rozetkasına qoşulduğundan əmin olun.
5 Qapını bağlayın və UB təmizləmə dövrünü seçmək
üçün yaşıl yandır/söndür düyməsini bir dəfə basın.
Qeyd: Siz dezinfeksiyaedicini yalnız qapısı düzgün
bağlandığı halda işə sala bilərsiniz.
Qeyd: Əgər dezinfeksiya dövrü zamanı qapını açsanız,
dezinfeksiyaedici işini dayandırır.

Publicidad

loading