Descargar Imprimir esta página

Anbarda Saxlamaq; Təmizləmək; Qazon Biçəni Qaldırmaq; Qazon Biçəni Təmizləmək - Stihl RM 443 Manual De Instrucciones

Ocultar thumbs Ver también para RM 443:

Publicidad

Idiomas disponibles
  • ES

Idiomas disponibles

  • ESPAÑOL, página 52
Azərbaycan dili

14 Anbarda saxlamaq

14.1
Qazon biçəni anbarda

saxlamaq

► Motoru söndürün və soyumağa qoyun.
► Alışdırma şamı ştepselini çıxarın.
► Qazon biçəni elə saxlayın ki aşağıdakı şərtlər
yerinə yetirilsin:
– Qazon biçənin uşaqlar üçün əlçatmaz olan
yerdə saxlanmasına əmin olun.
– Qazon biçən təmiz və qurudur.
– Qazon biçən aşa bilməz.
– Qazon biçən hərəkət edə bilməz.
Qazon biçən 3 aydan çox anbarda
saxlanılacaqsa:
► Yanacaq çənini boşaltın.
► Yanacaq çənini STIHL mütəxəssis vasitəçi
vasitəsilə təmizləyin.
► Motor yağını, motorun istifadə təlimatında
açıqlandığı kimi dəyişdirin.
► Alışdırma şamını fırladıb çıxarın.
Xəbərdarlıq
■ Alışdırma şamı ştepseli çıxarılmış vəziyyətdə
işə salma dəstəyi çəkilirsə qığılcamlar çıxa
bilər. Qığılcımlar asanlıqla yanan yaxud
partlayan bir mühitdə yanğınlara və
partlayışlara səbəb ola bilər. Şəxslər ciddi və
ya ölümcül xəsarət ala və mülkiyyətə ziyan
dəyə bilər.
► Alışdırma şamını, alışdırma şamı
yuvasından kənarda saxlayın.
► İşə salma dəstəyini neçə dəfə çəkin və geri
buraxın.
► Alışdırma şamını fırladıb bağlayın və
bərkidin.
15 Təmizləmək
15.1
Qazon biçəni qaldırmaq
► Yanacaq çənini boşaltın.
Motor dayanır.
► Qazon biçən hamar bir səthin üzərində
olmalıdır.
► Ot tutan səbəti çıxarın.
► Kəsim hündürlüyünü mövqe 1-ə tənzimləyin,
11.2.
444
► Alışdırma şamı ştepselini (1) çıxarın.
► Sükanı (2) möhkəm saxlayın və çevik dartma
mexanizmi (3) açın.
► Sükanı (2) geriyə doğru qatlayın.
► Tullama qapağı (4) açın və saxlayın.
► Qazon biçəni nəql tutacağından (5) tutun və
arxaya tərəf qaldırın.
15.2
Qazon biçəni təmizləmək
► Motoru söndürün.
► Qazon biçəni soyumağa qoyun.
► Alışdırma şamı ştepselini çıxarın.
► Qazon biçəni nəm dəsmalla təmizləyin.
► Havalandırma boşluqlarını bir fırça ilə
təmizləyin.
► Qazon biçəni ayaq üstə durdurun.
► Bıçağın ətrafını və bıçağı, taxta çubuq,
yumşaq bir fırça və ya nəm dəsmalla
təmizləyin.
16 Saxlamaq
16.1
Texniki baxış intervalları
Texniki baxış intervalları mühit şəraiti və iş
şəraitindən asılıdır. STIHL aşağıdakı texniki
baxış intervallarını məsləhət görür:
Motor
► Motora, motorun istifadə təlimatında
açıqlandığı kimi baxın.
Qazon biçən
► Qazon biçəni hər il STIHL mütəxəssis vasitəçi
vasitəsilə yoxlayın.
16.2
Bıçağı sökmək və montaj
etmək
16.2.1
Bıçağı sökmək
► Motoru söndürün.
► Alışdırma şamı ştepselini çıxarın.
► Qazon biçəni ayaq üstə durdurun.
14 Anbarda saxlamaq
0478-111-9950-A

Publicidad

loading