Descargar Imprimir esta página

Stihl RMA 253.0 Manual De Instrucciones página 607

Publicidad

Idiomas disponibles
  • ES

Idiomas disponibles

  • ESPAÑOL, página 44
26 Qazon biçən üçün təhlükəsizlik tövsiyələri
j)
Zədələnmiş qoruyucu hissələr və ya
qoruyucu şəbəkə ilə, və ya qoruyucu alət,
məsələn deflektor lövhəsi və ya ot tutan
səbət olmadıqda, qazon biçəndən istifadə
etməyin.
k) Yandırma düyməsini ehtiyatla, istehsalçının
göstərişlərinə əsasən işə salın və ya
fəallaşdırın. Ayaqlarınızla bıçaq(lar)
arasındakı məsafəyə diqqət yetirin.
l)
Motoru yandırdıqda yaxud işə saldıqda,
qazon biçən əyilməməlidir, yalnız qazon
biçənin qaldırılması lazımsa əymək
mümkündür. Bu durumda, onu yalnız bir az
və mütləq lazım olduğu qədər əyin, və yalnız
istifadəçidən uzaq olan tərəfi qaldırın.
m) Tullama kanalının qabağında durduğunuzda,
motoru işə salmayın.
n) Əlinizi və ya ayağınızı heç bir zaman fırlanan
hissələrin altına və ya üstünə aparmayın.
Atılan hissələrdən kənarda dayanın.
o) Qazon biçəni heç bir zaman hərəkətdə olan
elektrik motoru ilə qaldırmayın və ya
daşımayın.
p) Motoru dayandırın və yandırma açarı dartın.
Bütün hərəkətli hissələrin tam dayandığından
əmin olun:
– həmişə qazon biçəni tərk etdiyinizdə;
– tullama kanalında olanlar ilə yanaşı,
tıxanmaları açmazdan əvvəl;
– qazon biçəni yoxlamamışdan, təmizləmə
və ya onun üzərində başqa bir işi yerinə
yetirməmişdən əvvəl;
– bir yad maddə ilə toqquşduqda. Qazon
biçənin zədələnmələrini axtarın və qazon
biçəni yenidən işə salmazdan və onunla
işləməzdən əvvəl lazımi təmir işlərini
yerinə yetirin.
Əgər qazon biçən qeyri-adi şəkildə titrəməyə
başlayarsa, dərhal bir yoxlama aparmaq
lazımdır.
– zədələnmələri axtarın;
– zədələnmiş hissələr üçün lazım olan təmiri
yerinə yetirin;
– bütün qaykalar, boltlar və vintlərin
möhkəm bərkidilməsindən əmin olun.
26.5
Texniki baxış və saxlama
a) Bütün qayka, bolt və vintləri bərkidin və
maşının təhlükəsiz iş vəziyyətində
olduğundan əmin olun.
b) Ot tutan səbətin yeyilməsini və ya
funksiyasının itməsini müntəzəm olaraq
yoxlayın.
0478-131-9862-B
c) Təhlükəsizlik səbəbindən yeyilmiş və ya
zədələnmiş hissələri dəyişmək lazımdır.
d) Unutmayın ki neçə-bıçaqlı maşınlarda, bir
bıçağın çalışması digər bıçaqların
fırlanmasına səbəb olar.
e) Maşını tənzimlədiyinizdə unutmayın ki,
barmaqlarınız maşının hərəkət edən
bıçaqları və sabit parçalarının arasında
ilişməsin.
Maşını dayanacağa qoymamışdan əvvəl
f)
motorun soyumasını gözləyin.
g) Bıçağın baxımında unutmayın ki gərginlik
mənbəyi söndürüldükdən dərhal sonra
bıçaqlar hələ də hərəkət edə bilərlər.
h) Təhlükəsizlik səbəbindən yeyilmiş və ya
zədələnmiş hissələri dəyişmək lazımdır.
Yalnız orijinal ehtiyat hissələrindən və
ləvazimatdan istifadə edin.
Azərbaycan dili
607

Publicidad

loading