Distribyutorlar tərəfindən ildə bir dəfə
texniki baxış:
Ot biçənlər ildə bir dəfə distribyutorlar
tərəfindən yoxlanmalıdırlar. VIKING
distribyutorlarını məsləhət görür.
12.2 Cihazı təmizləyin
Texniki baxış üzrə interval:
Hər istifadədən sonra
Ehtiyatla davanma cihazınızı qoruyur və
istifadə müddətini uzadır.
Yaralanma təhlükəsi!
Elektrik mühərrikini söndürün,
ştepsel çəngəlini çıxarın və cihazı
soyumağa qoyun.
Cihaz yalnız açılmış qapaqla
təmizləmə mövqeyində olur.
● Otbiçəni möhkəm, üfüqi və yastı bir
müstəvi üzərinə qoyun.
● Ən yüksək kəsim hündürlüyünü seçin.
(
8.4)
● Ot səbətini cıxarın. (
8.5)
● Sükanı (1) geriyə doğru qatlayın.
● Atma klapanı (2) açın və saxlayın.
● Cihazı qabaqda daşıma
tutacağından (3) qaldırın və şəkildəki
kimi təmizləmə mövqeyinə gətirin.
Təmizləməyə dair göstərişlər:
● Ot səbəti cihazdan kənarda axar su və
fırça ilə təmizləyin.
● Cihazın üzərindəki çirkləri bir qədər su,
fırça və ya dəsmal ilə təmizləyin.
Xüsusilə biçmə bıçağını təmizləyin.
Yüksək təzyiqli suyu mühərrik
hissələrinin, araqatların, dayaq
yerlərinin üzərinə yönəltməyin.
0478 121 9909 H - AZ
● Yığılmış ot qalıqlarını əvvəlcədən taxta
çubuqla kənarlaşdırın.
● Lazım gələrsə xüsusi təmizləyicidən
istifadə edin (məs. STIHL xüsusi
təmizləyici).
● Hava dəliklərini (elektrik mühərriki
ucluğunun və korpusun aşağı
hissəsinin arasında) çirkdən təmizləyin
ki, mühərrik kifayət qədər soyuya bilsin.
18
12.3 Elektrik mühərriki, çarxlar və
ötürücülər
Elektrik mühərrikinə texniki xidmət
olunmur.
Çarxların saxlanması zamanı texniki
baxışa ehtiyac yoxdur.
Vario mexanizmlərinin (ME 545 V) texniki
baxışa ehtiyacı yoxdur.
12.4 Sükanın yuxarı hissəsi
Texniki baxış intervalı:
Hər işdən əvvəl
Sükanın yuxarı hissəsini zədələnmələrə
qarşı yoxlayın - o, izolyasiya qatı ilə
örtülüb. Zədələnmiş olduqda, ot biçəni işə
salmayın və sükanın yuxarı hissəsi
dəyişdirilməlidir.
12.5 Biçmə bıçağına qulluq edin
Texniki baxış üzrə interval:
Hər istifadədən qabaq
Yaralanma təhlükəsi!
Bıçaqlar istifadə yerinə və
müddətinə görə müxtəlif dərəcədə
işlənib köhnəlir. Cihazı qumlu
yerdə, eləcə də tez-tez quru
şəraitdə istifadə edirsinizsə, bıçaq
daha çox işlənir və tez yeyilib
köhnəlir. Yeyilmiş biçici bıçaq qırıla
və ağır yaralanmaya səbəb ola
bilər. Bıçağın texniki baxışına dair
göstərişlərə hər zaman əməl etmək
lazımdır.
● Otbiçəni təmizləmə mövqeyinə gətirin.
(
12.2)
● Bıçağı (1) təmizləyin.
● Bıçağın gücü A-nı bir çox yerlərdə
bıçaq itələyicisi ilə yoxlayın. Xüsusilə
bıçaq qanadları hissəsində ölçməni
yerinə yetirin.
A > 2 mm
● Xətkeşi (2) bıçağın qabaq kənarına
yerləşdirin və geriyə hərəkətini B
ölçün.
B < 5 mm
Biçaq dəyişilməlidir,
– əgər zədələnibsə (qırılma, çatlama),
– bir və ya bir neçə yerdə ölçmə
qiymətləri mövcuddursa, yaxud icazə
verilən həddlər aşılıbsa.
Ot biçənə xüsusi aksessuar kimi
çoxfunksiyalı bıçaq montaj edilibsə, digər
yeyilmə sərhədləri (aksessuarın istifadə
kitabçasına baxın) mövcud ola bilər.
19
443